Sabunçu sakininə xəsarət yetirib pulunu və telefonunu alan şəxslər tutulub

Sabunçu sakininə xəsarət yetirib pulunu və telefonunu alan şəxslər tutulub
# 17 avqust 2022 10:39 (UTC +04:00)

Avqustun 16-da Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə rayon ərazisində 2 nəfərin Sabunçu qəsəbə sakini S.Hüseynova küt alətlə xəsarət yetirərək onun 108 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Göygöl rayon sakini Ə.Əliyev və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş N.Abbaslı saxlanılıb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR