Sabunçuda ev yanıb

Sabunçuda ev yanıb
# 18 aprel 2022 18:54 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 190 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi və qarajda olan minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR