Sabunçuda məzar daşları sexindən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Sabunçuda məzar daşları sexindən oğurluq edən şəxs saxlanılıb  - VİDEO
# 10 yanvar 2023 11:33 (UTC +04:00)

Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən məzar daşlarının hazırlanması və təmiri sexindən oğurluq edilib.

DİN-dən APA-ya verilən xəbərə görə, naməlum şəxs əvvəlcə sexin qapısını sındıraraq içəri daxil olub.

Daha sonra oradan 2 ədəd noutbuk və 1 ədəd məzar daşlarının hazırlanmasında istifadə edilən avadanlığı oğurlayıb. Hadisə zamanı zərərçəkən sex sahibinə ümumilikdə 6500 manat maddi ziyan dəyib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən sexdə əvvəllər usta işləyən Qurban Bayramov saxlanılıb. Həmin şəxsin obyektdən oğurladığı əşyalar müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR