Sabunçuda qəbiristanlıqdan oğurluq edənlər tutulub - VİDEO - YENİLƏNİB

Sabunçuda qəbiristanlıqdan oğurluq edənlər tutulub - VİDEO  - YENİLƏNİB
# 13 yanvar 2023 12:42 (UTC +04:00)

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ata Məmmədli, Orxan Orucov və Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlamaları da müəyyən olunub. Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

***

09.44

Bakıda qəbiristanlıqdan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Ata Məmmədli, Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Orucov və Bakı şəhər sakini Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlamaları da müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR