Sabunçuda yük maşınlarının akkumlyatorlarını oğurlayan şəxslər tutulub - VİDEO

Sabunçuda yük maşınlarının akkumlyatorlarını oğurlayan şəxslər tutulub - VİDEO
# 18 yanvar 2023 11:43 (UTC +04:00)

Sabunçu rayonunda yük avtomobillərindən oğurluq edən şəxslər saxlanılıblar.

DİN-dən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev tutulublar. Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumlyatorlarını oğurladıqları məlum olub. Həmin şəxslər oğurladıqları akkumlyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR