Şahbuzda yük maşını aşıb, xəsarət alan var - FOTO

Şahbuzda yük maşını aşıb, xəsarət alan var - FOTO
# 10 may 2023 12:18 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Ağbulaq kəndində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Babək rayonu Kültəpə kənd sakini, 1985-ci il təvəllüdlü Bağırov Mikayıl Həsən oğlunun idarə etdiyi yük maşını aşıb. Nəticədə, sürücü ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR