Şahdağ Milli Parkında yanğın nəzarətə götürülüb - VİDEO - YENİLƏNİB

Şahdağ Milli Parkında yanğın nəzarətə götürülüb - VİDEO  - YENİLƏNİB
# 15 avqust 2022 19:58 (UTC +04:00)

Şahdağ Milli Parkında, Qəbələ rayonunda meşə sahəsində yanğın nəzarətə götürülüb, əraziyə helikopter cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev APA-nın yerli bürosuna bildirib ki, Tikanlı kəndi ərazisindəki yüksək dağın zirvəsində, meşə sahəsində baş verən yanğın hazırda davam edir.

Şahdağ Milli Parkının ərazisi olan Tikanlı meşəsində indiyədək bir hektar ərazi yanıb. Alovun qarşısının alınması üçün FHN-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı, bir helokopter cəlb olunub. Yanğın nəzarətə götürülüb. Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün yanğınsöndürən maşınların əraziyə cəlb edilməsi mümkün deyil. Yanğının söndürülməsi üçün əsasən əl əməyindən istifadə olunur.

***

17.49

Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. ETSN-in yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR