Şahdağ Milli Parkının Qəbələ meşəsində baş verən yanğın nəzarətə alınıb

Şahdağ Milli Parkının Qəbələ meşəsində baş verən yanğın nəzarətə alınıb
# 16 avqust 2022 22:50 (UTC +04:00)

Qəbələ rayonunda meşə sahəsində baş verən yanğın nəzarətə alınıb.

FHN-in Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev APA-nın yerli bürosuna bildirib ki, Şahdağ Milli Parkının Bum meşəbəyliyinin Tikanlı kəndi ərazisində, yüksək dağın zirvəsindəki 1 hektar meşə sahəsində baş verən yanğın bir sutka sonra tam nəzarətə alınıb.

Alovun qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı, bir helikopter cəlb olunub.
Yanğın ocaqları nəzarətə alınıb, hazırda ərazidə soyutma işləri aparılır.

Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi mümkün olmayıb.

Hadisənin qarşısını almaq üçün əsasən əl əməyindən istifadə olunub.

Bu gün Qəbələ şəhərinin şimalındakı meşə sahəsində də yanğın başlayıb.

Hazırda FHN və ETSN-in yerli qurumlarının əməkdaşları və bir helikopter hadisə yerinə cəlb olunub.

İndiyədək 2 hektar meşə sahəsi yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR