Salyan-Neftçala yolunda qəza olub, 3 qadın ağır xəsarət alıb - FOTO

Salyan-Neftçala yolunda qəza olub, 3 qadın ağır xəsarət alıb - FOTO
# 03 sentyabr 2022 14:57 (UTC +04:00)

Salyan-Neftçala yolunda baş verən qəzada 3 qadın ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan- Neftçala magistralında qeydə alınıb.

Minik maşınlarının toqquşması nəticəsində xəsarət alan Neftçala sakinləri olan 3 qadın Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan vəziyyəti ağır olanı xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR