Salyanda 38 yaşlı kişi 5 aydır itkindir - FOTO

İtkin düşmüş Müslüm Xəlilov

© APA | İtkin düşmüş Müslüm Xəlilov

# 28 yanvar 2022 16:52 (UTC +04:00)

Salyan rayon sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Kolanı kənd sakini, 38 yaşlı Müslüm Xəlilov 2021-ci ilin sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Müslüm Xəlilovun əlamətləri belədir: boyu 174 sm., arıq bədən quruluşlu, saçlarının rəngi qaradır.
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR