Salyanda avtomobil aşıb, ölən var - VİDEO

Salyanda avtomobil aşıb, ölən var - VİDEO
# 22 sentyabr 2022 09:20 (UTC +04:00)

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Ərəbqardaşbəyli kəndi ərazisində rayon sakini Cahid Abbasov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb.

Nəticədə o, hadisə yerində ölüb, sərnişini olan qardaşı Şəhriyar Abbasov isə xəstəxanaya yerləşdirilib.

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR