Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb
# 17 yanvar 2023 01:20 (UTC +04:00)

Salyanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb.

Naməlum avtomobil Salyan rayonunun Babazanlı qəsəbə sakini, 39 yaşlı Yaşar Ramiz oğlu Ramazanovu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda avtomobilin axtarılıb tapılması istiqamətində istintaq-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı ararşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR