Salyanda avtomobillər toqquşub, iki nəfər ölüb

Salyanda avtomobillər toqquşub, iki nəfər ölüb
# 19 iyul 2022 11:06 (UTC +04:00)

Salyanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 18-də saat 9 radələrində Salyan şəhəri ərazisində rayon sakinləri S.İsmayılovun idarə etdiyi “Mercedes” və Şəfiralı İbişovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.İbişov hadisə yerində, sərnişini Məhbubə Bayramova isə xəstəxanada ölüblər.

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR