Salyanda dostunun avtomobili ilə toydan qayıdan şəxs maşını qaz kəmərinə çırparaq ölüb

Salyanda dostunun avtomobili ilə toydan qayıdan şəxs maşını qaz kəmərinə çırparaq ölüb
# 26 noyabr 2022 23:14 (UTC +04:00)

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Toy şənliyindən qayıdan Sabirabad sakini, 2002-cü il təvəllüdlü Kənan Səxavət oğlu Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb.

Nəticədə o, hadisə yerində ölüb.

Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR