Salyanda Kürdə 12 yaşlı oğlan batıb - YENİLƏNİB

Salyanda Kürdə 12 yaşlı oğlan batıb - YENİLƏNİB
# 15 iyul 2022 00:56 (UTC +04:00)

Kür çayının Salyan rayonu ərazisndən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Salyan rayonunun Qaraçala kənd sakini, 12 yaşlı Abdullayev Əkbər Əhməd oğlu çayda boğulub.

***

14.07.2022

Saat 23:20

Kür çayında bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR