Salyanda meyiti tapılan şəxsin kimliyi bilinib -YENİLƏNİB

Salyanda meyiti tapılan şəxsin kimliyi bilinib -YENİLƏNİB
# 19 noyabr 2022 01:26 (UTC +04:00)

Salyanda üzərində çoxsaylı bıçaq xəsarətləri ilə meyiti tapılan şəxsin kimliyi bilinib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, meyitin Məmmədov Etibar Qüdrət oğlu olduğu məlum olub.

Onun hansı şəraitdə qətlə yetirildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırlır.

***

18.11.2022

Saat 23:03

Salyanda kişi meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR