Salyanda yolu keçən qadını maşın vuraraq öldürüb

Salyanda yolu keçən qadını maşın vuraraq öldürüb
# 14 noyabr 2019 18:56 (UTC +04:00)

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1950-ci il təvəllüdlü Babayeva Həqiqət Şahbaz qızını yolu keçərkən Salyan-Şirvan marşrutu üzrə işləyən mikroavtobus vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR