Salyanda yük avtomobilinin təkərini dəyişən Türkiyə vətəndaşı ölüb

Salyanda yük avtomobilinin təkərini dəyişən Türkiyə vətəndaşı ölüb
# 19 sentyabr 2022 09:37 (UTC +04:00)

Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.

APA xəbər verir ki, hadisə Salyan rayonunda qeydə alınıb.

Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi "Merdeces Benz" markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR