Şamaxı və Zaqatalada yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib

Şamaxı və Zaqatalada yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib
# 27 yanvar 2022 12:37 (UTC +04:00)

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, tədbirlərdə iştirakçılara inzibati binalarda yanğın təhlükəsizliyinə dair tələblər, o cümlədən ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR