Şamaxıda məktəblini maşın vuraraq öldürüb

Şamaxıda məktəblini maşın vuraraq öldürüb
  • Clock-gray 17:30
  • calendar-gray 16 Sentyabr 2019

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili 9 yaşlı Yusif Mübariz oğlu Nuriyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Y.Nuriyev 3-cü sinif şagirdi olub.

Qeyd edək ki, qəzada ölən uşağın atası ötən il Şamaxıda göldə çimərkən boğulub.

Şahnəzər Bəşirov

Digər xəbərlər

Arxiv

date