Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var - FOTO

Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var - FOTO
# 25 iyun 2019 22:27 (UTC +04:00)

Şamaxı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza Bakı-Şamaxı yolunun Sabir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-HM-507 qeydiyyat nişanlı "VAZ 2107" markalı minik maşını hərəkətdə olarkən qəfildən təkəri sıradan çıxıb və avtomobil yolun kənarına aşıb. Nəticədə avtomobildə olan dörd nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.

Yol qəzasının təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR