Şamaxıda yol qəzasında xəsarət alanların sayı 6 nəfərə çatıb - FOTO - YENİLƏNİB-1

Şamaxıda yol qəzasında xəsarət alanların sayı 6 nəfərə çatıb - FOTO - YENİLƏNİB-1
# 17 iyul 2019 21:48 (UTC +04:00)

Şamaxıda baş vermiş qəzada xəsarət alanların sayı 6 nəfərə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu, 1990-cı il təvəllüdlü Şükürov Ruslan Balacan oğludur.

Onun müalicəsi də xəstəxanada davam etdirilir.

***

Saat 20:10

Şamaxıda ağır avtomobil qəzası zamanı xəsarət alan 5 nəfərin şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 19:00 radələrində Şamaxı-Göylər yolunda iki avtomobilinin toqquşması nəticəsində Şamaxı və Kürdəmir sakinləri-1954-cü il təvəllüdlü Kərimov Hücrət Ağasəlim oğlu, 1993-cü il təvəllüdlü Şükürov Saleh Taleh oğlu, 1996-cı il təvəllüdlü Qəhrəmanov Elməddin Elşad oğlu, 1986-cı il təvəllüdlü Mürsəlov Elvin Eynulla oğlu və 1997-ci il təvəllüdlü Cəfərov Qabil Habil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyəti ağır olaraq qalır.

***

Saat 19:27

Şamaxı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Göylər kəndində "QAZ 3110" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin ağır xəsarət aldığı bildirilir. Xəsarət almış şəxslər təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda zərərçəkənlərin adları müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR