Şamaxıda baş verən qəzada yaralananlardan ikisi Bakıya göndərilib - FOTO - YENİLƏNİB 2

Şamaxıda baş verən qəzada yaralananlardan ikisi Bakıya göndərilib - FOTO  - YENİLƏNİB 2
# 13 iyun 2022 09:00 (UTC +04:00)

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.

***

Saat 01:31

Bakıdan Qəbələyə istirahət məqsədi ilə gedən Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdlərini daşıyan avtobusda yaralananların sayı artıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində xəstəxanaya aparılan 10 yaralıdan ikisinin vəziyyəti ağırdır.

Onlar 2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna və 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğludur.

Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

***

Saat 01:01

Qəbələdən Bakıya turistləri aparan avtobusun Şamaxıda qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində yaralanaraq xəsətəxanaya yerləşdirilən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsindən olan sakinlərin adları aşağıdakılardır:

1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı;

2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı;

2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı;

1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı;

1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı;

1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı;

2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı;

2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu;

Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəbin müəllim və şagirdləri, onların valideynləri olub.

***

Saat 00:04

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə zamanı Qəbələdən Bakıya gedən avtobusda 55 sərnişindən 6 nəfəri xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmçinin, təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR