Şamaxıda evdə yanğın olub - FOTO

Şamaxıda evdə yanğın olub - FOTO
# 08 fevral 2023 16:57 (UTC +04:00)

Şamaxıda yanğın olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxı şəhərində, 48-məhəllədə yerləşən evdə qeydə alınıb.

Rayon sakini Cəbiyeva Mahirə Oruc qızına məxsus 4 otaqlı evdə baş verən yanğının söndürülməsinə FHN-in Şamaxı yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.

Yanğın barədə FHN də məlumat yayıb. Məlumata görə, Şamaxı şəhərində ümumi sahəsi 81 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR