Şamaxıda iki avtomobil toqquşub, yaralılar var

Şamaxıda iki avtomobil toqquşub, yaralılar var
# 04 may 2022 09:46 (UTC +04:00)

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun 127-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində 23-BK-618 dövlət nömrə nişanlı "Fiat Linea" və 99-UU-666 dövlət nömrə nişanlı "Mercedes Galendewagen" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı 1960-cı il təvəllüdlü Bilalov İlqar Bilal oğlu, 1961-ci il təvəllüdlü Bilalova Qəşəng Tərlan qızı xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR