Şamaxıda maşın aşıb, qadın ölüb, 2 yaşlı oğlu xəsarət alıb - YENİLƏNİB

Şamaxıda maşın aşıb, qadın ölüb, 2 yaşlı oğlu xəsarət alıb - YENİLƏNİB
# 18 noyabr 2022 11:26 (UTC +04:00)

Noyabrın 16-da saat 20 radələrində Şamaxı şəhəri ərazisində Bakı şəhər sakini E.Əkbərli idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib. Məlumata görə, nəticədə sərnişinlər - həyat yoldaşı Suğra və 2 yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər.

Qadın orada ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

09.11

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, 1990-cı il təvəllüdlü Emil Əkbərli idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili dərəyə aşırıb. Nəticədə, avtomobildə sərnişin qismində olan 2000-ci il təvəllüdlü Suğra Əkbərli ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR