Şamaxıda motosiklet aşıb, Almaniya vətəndaşı ağır xəsarət alıb - YENİLƏNİB

Şamaxıda motosiklet aşıb, Almaniya vətəndaşı ağır xəsarət alıb - YENİLƏNİB
# 20 oktyabr 2019 14:17 (UTC +04:00)

Şamaxı rayonunda Ağsu aşırımından motosiklet aşması nəticəsində xəsarət alan Almaniya vətəndaşının şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qoyun sürüsünün motosiklet karvanının qarşısına çıxması nəticəsində Almaniyanın Ausberq şəhər sakini 1996-cı il təvəllüdlü Felix Antoniyusun qolu sınıb, müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 13.24

Şamaxıda motosiklet aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində baş verib.

Bir neçə motosikletin olduğu karvan hərəkət edən zaman yola qoyun sürüsü çıxıb.

Motosiklet sürücülərindən biri idarəetməni itirib. Nəticədə motosiklet aşıb və motosiklet sürücüsünün qolu sınıb. Onun Almaniya vətəndaşı olduğu bildirilir.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR