Şamaxıda "Niva" ağaca çırpılıb, iki nəfər ağır xəsarət alıb - FOTO

Şamaxıda "Niva" ağaca çırpılıb, iki nəfər ağır xəsarət alıb - FOTO
  • Clock-gray 21:50
  • calendar-gray 19 Oktyabr 2019

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

"Niva" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb, biri azyaşlı olmaqla, iki nəfər ağır xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər

Arxiv

date