Şamaxıda avtomobilin vurduğu yeniyetmə ölüb - YENİLƏNİB-1

Şamaxıda avtomobilin vurduğu yeniyetmə ölüb - YENİLƏNİB-1
# 24 avqust 2019 11:37 (UTC +04:00)

Dünən Şamaxıda baş verən qəzada yaralanan yeniyetmə xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 23-də saat 12 radələrində Şamaxı rayonunun Mirikənd kəndi ərazisində Bakı şəhər sakini C.Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qaravəlli kənd sakini Rahib İsmayılovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

23 avqust, saat 12:58

Şamaxıda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 13 yaşlı yeniyetmənin adı məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bir saat öncə Şamaxının Mirikənd kəndi ərazisində "Toyota" markalı minik avtomobili yolu keçən piyada, Qaravəlli kənd sakini, 2006-cı il təvəllüdlü İsmayılov Rahib Rahim oğlunu vurub. Yeniyetmə ağır kəllə-beyn travması aldığı üçün komaya düşüb və Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin R.İsmayılov idmana gedərkən baş verdiyi bildirilir.

Faktla bağlı araşdrıma aparılır.

***

11:57

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxının Mirikənd kəndindən keçən hissəsində qeydə alınıb. 90-FC-787 dövlət nömrə nişanlı "Toyota" markalı minik avtomobili yolu keçən piyadanı, 13 yaşlı yeniyetməni vurub. Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR