Şamaxıda zəncirvari qəza olub, yaralananlar var

Şamaxıda zəncirvari qəza olub, yaralananlar var
# 16 noyabr 2019 13:22 (UTC +04:00)

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərində qeydə alınıb. Belə ki, 56-BF-696 və 90-CB-155 dövlət nömrə nişanlı iki "VAZ-2107" markalı və 90-UU-187 dövlət nömrə nişanlı bir "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı sakinləri, 1959-cu il təvəllüdlü Pənahov İbadulla Beydulla oğlu və 1992-ci il təvəllüdlü Heydərov İsmayıl Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR