Samux sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırıb

Samux sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırıb
# 18 avqust 2022 14:32 (UTC +04:00)

Samux sakini özünü yandırıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. 1989-cu il təvəllüdlü Təbriz Abdullayev İH binası qarşısında benzin törkərək özünü yandırıb. Yanıq xəsarətləri alan T.Abdulayev xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Onun oradan Bakıdakı Yanıq mərkəzinə göndərildiyi bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR