Samuxda 17 yaşlı yeniyetmə oğlanı maşın vurub

Samuxda 17 yaşlı yeniyetmə oğlanı maşın vurub
# 20 sentyabr 2022 19:55 (UTC +04:00)

Samuxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Hüseynli Rövşən yolu qarşı tərəfə keçmək istəyən zaman onu maşın vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR