Samuxda sahibsiz itlər təsərrufata hücüm edib, xeyli sayda heyvan parçalanıb

Samuxda sahibsiz itlər təsərrufata hücüm edib, xeyli sayda heyvan parçalanıb
# 22 noyabr 2019 02:04 (UTC +04:00)

Samux rayonunda sahibsiz itlər qoyun sürücünə hücum edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində baş verib.

Xeyli sayda sahibsiz itlər kənd sakini İltifat Abdullayevin təsərrüfatına hücum edərək bir baş xırda buynuzlu heyvanı və 7 ev quşunu parçalayaraq öldürüblər. Bundan başqa, itlər 11 qoyuna xəsarət yetiriblər. Hadisə vaxtı təsərrufat sahibi evdə olmayıb.

Əraziyə rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR