Samuxda ev yanıb - FOTO - VİDEO

Samuxda ev yanıb - FOTO  - VİDEO
# 22 yanvar 2022 15:07 (UTC +04:00)

Samuxda yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb.

Kənd sakini Pərviz Hacıyeva məxsus 240 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü tamamilə ilə yanıb.

Dərhal hadisə yerinə FHN-in Samux rayon yanğından mühafizə bölməsinin 2 yanğın söndürən maşını və 10-a yaxın əməkdaşı cəlb olunub və yanğın söndürülüb.

Ev sahibinin sözlərinə görə, əraziyə verilən qaz dayandırılıb. Bir müddətdən sonra qazın təzyiqlə verilməsi qaz sobasında yanğına səbəb olub. Həmin zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR