Samuxda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Samuxda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 25 yanvar 2023 11:38 (UTC +04:00)

Samuxda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəzada 1990-cı il təvəllüdlü Arzuman Hüseynov, 1983-cü il təvəllüdlü Vüsal Həsənov, 1966-cı il təvəllüdlü Rafiq Qurbanov, 1966-cı il təvəllüdlü Elxan Məmmədov və 1960-cı il təvəllüdlü Ərəstun Nağıyevin xəsarət aldığı bildirilir.

Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, qəza Samuxun “İnstitut” qəsəbəsində qeydə alınıb.

***

09.56

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, iki "VAZ" markalı minik maşınının toqquşması nəticəsində bir neçə nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR