Samuxda qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib - VİDEO - YENİLƏNİB

Samuxda qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib  - VİDEO   - YENİLƏNİB
# 10 sentyabr 2022 22:55 (UTC +04:00)

Ötən gün Samuxda baş verən qəzada xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosu xəbər verir ki, ölən şəxs 1963-cü il təvəllüdlü Əsgərov İlqar Yusif oğludur.

***

09.09.2022, saat 11.10

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Kür yolunda qeydə alınıb.

Hərəkətdə olan ZİL ilə “VAZ 2106" markalı minik maşını toqquşub.

Qəza zamanı "VAZ 2106" avtomobilinin sərnişini, 1953-cü il təvəllüdlü Knyaz Mustafayev ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR