Samuxun DYP rəisi vəzifəsindən azad edilib

Samuxun DYP rəisi vəzifəsindən azad edilib
# 06 may 2022 11:25 (UTC +04:00)

Samux rayon dövlət yol polisi bölməsinin rəisi tutduğu vəzifədən azad edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Samux rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR