Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb - VİDEO - YENİLƏNİB-1

Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb - VİDEO  - YENİLƏNİB-1
# 22 mart 2023 19:40 (UTC +04:00)

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

***

19:21

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol qəzasında ölüb.

APA xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.

Oqtay Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza zamanı Oqtay Əliyev ölüb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.

***

19:06

Abşeron rayonu ərazisində, Saray yolunda avtomobil qəzası baş verib.

Bu barədə APA-ya Xalq artisti Mehriban Zəki bildirib.

O, avtomobildə rejissor Oqtay Əliyev, aktrisa Dilarə Əliyevanın da olduğunu qeyd edib.

Mehriban Zəki xəsarət aldığını və hazırda Sumqayıt xəstəxanasına aparıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR