Satışda aksiz markasız külli miqdarda tütün məmulatı aşkar edilib

Satışda aksiz markasız külli miqdarda tütün məmulatı aşkar edilib
# 10 iyun 2023 16:43 (UTC +04:00)

Külli miqdarda tütün məmulatları aşkar edilib.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası ilə markalanmamış külli miqdarda - 3989 qutu tütün məmulatlarının satışının təşkil edilməsi müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR