Səbaildə moped oğurlayan şəxs saxlanılıb

Səbaildə moped oğurlayan şəxs saxlanılıb
# 14 sentyabr 2022 11:06 (UTC +04:00)

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə Buxta küçəsindən R.Əliyevə məxsus 1500 manat dəyərində “Moon” markalı mopedin oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA_ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini Vüsal Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR