“Sədərək” ticarət mərkəzində 3 nəfərə yerində tibbi yardım göstərilib - YENİLƏNİB

“Sədərək” ticarət mərkəzində 3 nəfərə yerində tibbi yardım göstərilib - YENİLƏNİB
# 08 yanvar 2023 23:14 (UTC +04:00)

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 2 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, bir nəfərə tüstüdən zəhərlənmə, bir nəfərə sol əlin travması, bir nəfərə stressə qarşı reaksiya səbəbilə yerində yardım göstərilib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb olunub.

***

21.24

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, iki nəfərə də tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR