"Sədərək" Ticarət Mərkəzində yanğın qəsdən törədilib, bir nəfər tutulub

"Sədərək" Ticarət Mərkəzində yanğın qəsdən törədilib, bir nəfər  tutulub
# 10 yanvar 2023 20:07 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi“Sədərək” ticarət mərkəzində yanğınla bağlı birgə məlumat yayıb

APA-nın xəbərinə görə, məlumatda deyilir:

“Xəbər verildiyi kimi, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş vermişdir.

Baş vermiş hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılmışdır.

İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanmışdır.

İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR