"Sədərək"də sahibkara xəsarət yetirib, 30 min manatı götürüb qaçan şəxs tutulub

"Sədərək"də sahibkara xəsarət yetirib, 30 min manatı götürüb qaçan şəxs tutulub
# 18 noyabr 2022 17:54 (UTC +04:00)

"Sədərək" Ticarət Mərkəzində sahibkara xəsarət yetirib, 30 min manat pulu götürərək qaçan şəxs tutulub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qardağ rayonunda yerləşən ticarət mərkəzində (“Sədərək”) quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR