Şəki sakini yol qəzasında ağır xəsarət alıb

Şəki sakini yol qəzasında ağır xəsarət alıb
  • Clock-gray 21:10
  • calendar-gray 22 Sentyabr 2019

 

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Cəfərabad kənd sakini, 1990-cı il təvəllüdlü Nihad Şahin oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, N.Allahverdiyevin Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ağır xəsarət alıb. N.Allahverdiyevə qapalalı kəllə-beyn travması və döş qəfəsinin əziyi dioqnozu qoyulub. 
O, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date