Şəkidə 22 min manatlıq dələduzluq edən şəxs tutulub

Şəkidə 22 min manatlıq dələduzluq edən şəxs tutulub
# 18 may 2022 12:34 (UTC +04:00)

Şəkidə dələduzluqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəki Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də rayon sakinləri Ə.Məmmədovun 10.000 manat, X.Qasımlının 8.000 manat və A.Babayevin 4.100 manat pulunu dələduzluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR