Şəkidə 9 nəfər dönərdən zəhərlənib, cinayət işi başlanıb - VİDEO - YENİLƏNİB

Şəkidə 9 nəfər dönərdən zəhərlənib, cinayət işi başlanıb - VİDEO  - YENİLƏNİB
# 17 dekabr 2021 14:31 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-ya bildirib ki, həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər.

Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb.

Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

***

saat 10:32

Şəkidə iki qadın dönərdən zəhərlənib.

APA-nın əldə etdiyi məlumata görə, rayon sakini Əntiqə Şəmmədova və Ülviyyə Şirəlizadə qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin araşdırma zamanı məlum olub ki, hər iki nəfər Şəkidə yerləşən “Gənclik” kafesində toyuq ətindən hazırlanan dönəri yedikdən sonra zəhərləniblər.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Səlcuq Elçin

Vüqar Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR