Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
# 19 iyul 2022 11:40 (UTC +04:00)

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun 18-ci kilometrliyində, Aşağı Göynük kəndinin ərazisində qeydə alınıb.

39 yaşlı Şəki rayonu Birinci Biləcik kənd sakini Pərviz Xəlilov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən 57 yaşlı Şəki şəhər sakini Mehman Hacırəhimovu vurub. Hadisə yerinə gələn təcili tibbi yardım heyəti tərəfindən yaralıya ilkin tibbi yardım göstərilərək Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Mehman Hacırəhimov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR