Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində ölən və yaralanan var - YENİLƏNİB

Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində ölən və yaralanan var  - YENİLƏNİB
# 11 iyun 2022 08:17 (UTC +04:00)

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakini, 1990-cı il təvəllüdlü İbrahim Rəhim oğlu Ağalarovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü İ. Ağalarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, Balakən rayon sakini 1995-ci il təvəllüdlü Günel Bəhram qızı Göyüşova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan İ. Ağalarovun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 08:10

Şəkidə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərinin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR