Şəkidə azyaşlının üzərinə qaynar su dağılıb

Şəkidə azyaşlının üzərinə qaynar su dağılıb
# 16 oktyabr 2019 23:03 (UTC +04:00)

Şəkidə 6 yaşlı uşaq yanıq xəsarətləri alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Böyük Dəhnə kənd sakini, 2013-cü il təvəllüdlü Qasım Elçin oğlu Qafurlı yaşadığı evin həyətyanı sahəsində velosiped sürərkən ehtiyatsızlıqdan həyətə yenicə qoyulmuş, içərisində qaynar su olan vedrənin üstünə yıxılıb. Nəticədə üzərinə qaynar su dağılan Q.Qafurlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

O, hər iki aşağı ətrafın və bədən səthinin 2-3 A dərəcəli qaynar su yanığı dioqnozu ilə Şəki Uşaq Xəstəlikləri Xəstəxanasına daxil olub.

Vəziyyətinin orta-ağır olduğu qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR