Şəkidə baş verən yol qəzasında bir nəfər həlak olub - VİDEO

Şəkidə baş verən yol qəzasında bir nəfər həlak olub - VİDEO
# 24 dekabr 2021 08:10 (UTC +04:00)

Hadisə gecə saatlarında rayonun Aşağı Küngüt kəndi ərazisində baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan Oğuz rayon sakini, 1995-ci il təvəllüdlü Mehman Əhməd oğlu Ələsgərov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən ölüb. Daha bir nəfər, Oğuz rayon sakini Elsevər Vüqar oğlu Rəcəbli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR